84 yaşlı Al Paçino ölümdən döndü
    • Bu gün, 07:40
    • 187

84 yaşlı Al Paçino ölümdən döndü

“Xaç atası”, “Əsl oğlanlar”, “Gucci evi” və bir çox başqa filmləri ilə tanınan amerikalı aktyor Al Paçino ölümdən döndüyünü bildirib. 

News24.az Lent.az-a istinadən xəbər verir ki, 84 yaşlı aktyor dörd il əvvəl COVID-ə yoluxarkən nəbzi dayanıbmış. Bu barədə o, özü danışıb.

"Bir neçə dəqiqəlik nəbzim dayandı. Dedilər ölmüşəmmiş. Amma ruhum sağ idi. Sanki sən həm ordasan, həm də deyilsən. Şüurum qarışıq idi. Heç nə xatırlaya bilmirdim. Kim olduğumu unutmuşdum”. - o bildirib.