-
- 9-10-2024, 09:41
- 518
5,5 milyon insan evini tərk etdi - VİDEO
“Milton” qasırğası səbəbindən 5,5 milyondan çox insan ABŞ-ın Florida ştatının qərb sahillərini tərk etmək məcburiyyətində qalıb.
News24.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
“Milton” qasırğası təhlükəsi Florida ştatının sıx məskunlaşdığı Tampa Körfəzi bölgəsində ştat tarixinin ən böyük təxliyələrdən birinə səbəb olub.
Qəzetin yazdığına görə, yerli hakimiyyət milyonlarla insanı Tampa, Sarasota və Fort Mayers bölgələrində mümkün təhlükə zonasını tərk etməyə çağırıb.
Nəşr onu da qeyd edib ki, rəsmilər yerli sakinləri uzağa getməməyə və yaxınlıqdakı sığınacaqlara getməyə çağırsalar da, məcburi təxliyə başlayandan sonra yollarda sıxlıq yaranıb.
Teymur Məmmədov