-
- 9-10-2024, 23:44
- 548
Həftə sonları həddindən artıq yatmaq FAYDALIDIR?
Həftə sonları bütün gün ərzində yatmaq vərdişi heç də faydasız deyil.
News24.az Lent.az-a istinadən xəbər verir ki, alimlər bununla bağlı araşdırma aparıblar.
Tədqiqat çərçivəsində alimlər 90 mindən çox britaniyalının rifahı ilə bağlı məlumatları təhlil ediblər. Könüllülərin ümumi sayının təxminən 22%-i gündə 7 saatdan az yatıb.
Nəticədə, tədqiqatçılar belə qənaətə gəliblər ki, əgər həftə sonları cəmi 1 saat 15 dəqiqə çox yatsanız, zərərsiz vərdiş ürək xəstəliklərinin inkişaf riskini 19% azaldacaq.
Alimlər xəbərdarlıq edir ki, həftə sonları yatmaq və iş günlərində kifayət qədər yuxu almamaq orqanizmə pis təsir edir.
Buna görə də yuxu və istirahət rejimini normallaşdırmaq lazımdır.