-
- 9-10-2024, 15:52
- 429
Rəşad Sadıqovun vəziyyəti necədir?
"Zirə" klubunun baş məşqçisi Rəşad Sadıqov qasıq nahiyəsindən əməliyyat olunub.
Bu barədə "Report"a komandanın mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadə məlumat verib.
Türkiyədə əməliyyat olunan 42 yaşlı mütəxəssisin durumu yaxşıdır.
Qeyd edək ki, "Zirə" Azərbaycan Premyer Liqasının X turunda, oktyabrın 20-də "Sabah"la qarşılaşacaq.