"Narıncı xəbərdarlıq" elan edildi: 34 əyalətə təsir edəcək
    • 9-10-2024, 16:07
    • 762

"Narıncı xəbərdarlıq" elan edildi: 34 əyalətə təsir edəcək

Fransanın 34 əyalətində daşqın və fırtına səbəbiylə xəbərdarlıq səviyyəsinin narıncıya yüksəldiyi açıqlanıb. 

News24.az xəbər verir ki, Atlantik okeanından saatda 130 kilometr sürətlə gələn “Kirk” fırtınası güclü yağış və tufanlar gətirəndə ölkə təşvişə düşüb.

Dünən 19 əyalətdə təsirli olan fırtınanın bu gün ölkənin bir çox bölgəsinə yayıldığı bildirilib.

Sel və fırtına riski səbəbiylə "narıncı həyəcan" vəziyyətində olan əyalətlərin sayının 34-ə, "sarı həyəcan" vəziyyətində olan əyalətlərin sayının isə 47-yə yüksəldiyi bildirilib.

Meteoroloji xidmətlərin məlumatına görə, ölkənin cənubunda, Pireney bölgəsinin qərbində sürəti saatda 150 kilometrə çatan küləyin, Paris regionu və Pay-de-la-Luara əyalətində isə leysan xarakterli yağışların yağacağı gözlənilir. 

Fırtınanın bir ay davam edəcək yağış gətirəcəyi proqnozlaşdırılıb.

Məryəm İlhamqızı