Ramil Usubovdan yeni təyinat
    • 6-08-2018, 10:42
    • 902

Ramil Usubovdan yeni təyinat

Dövlət Yol Polisi sistemində rəhbər vəzifəyə yeni təyinat olub.

Xızı Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinə polis-kapitanı Əsədov Fizuli Paşa oğlu təyin olunub. Bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov əmr imzalayıb.

Qeyd edək ki, Fizuli Əsədov indiyə kimi Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayında tağım komandiri vəzifəsində çalışıb.

//Avtosfer.az