Yol polisində yeni təyinat
    • 20-02-2019, 14:15
    • 660

Yol polisində yeni təyinat

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.

News24.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Şamxal Əliyev Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinə rəis təyin olunub.

Qeyd edək ki, Şamxal Əliyev bundan əvvəl Nərimanov rayon Dövlət Yol Polisi Şöbəsində baş inzibatçı işləyib.