Ramil Usubovdan yeni TƏYİNAT
    • 1-05-2019, 12:45
    • 834

Ramil Usubovdan yeni TƏYİNAT

Mingəçevir şəhər Polis Şöbəsi rəisinin xidmət üzrə müavini vəzifəsinə yeni təyinat olub.

News24.az
oxu.az-a istinadən xəbər verir ki, bu barədə müvafiq əmri daxili işlər naziri, general-polkovnik Ramil Usubov imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə polis polkovnik-leytenantı Rövşən Babayev təyinat alıb.

Qeyd edək ki, o, bundan əvvəl Göyçay RPŞ-də eyni vəzifəni icra edib.