Namiq İsmayılovun oğlu dəhşətli qəzada həyatını İTİRDİ - EKSKLÜZİV
    • Dünən, 22:31
    • 3 036

Namiq İsmayılovun oğlu dəhşətli qəzada həyatını İTİRDİ - EKSKLÜZİV


Oktyabrın 9-da saat 21:30 radələrində Bakı-Qazax yolunun Yevlax rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

DİN-in Mətbuat xidmətindən bildirilib ki, "Toyota" markalı avtomobil yük maşını ilə toqquşub. Qəza nəticəsində minik avtomobilinin sürücüsü Cavid İsmayılzadə hadisə yerində vəfat edib. 

Faktla bağlı araşdırma aparılır. 

Qeyd edək ki, məzuniyyətdə olan C.İsmayılzadə polis zabitidir.


***

Bu gün axşam saatlarında dəhşətli yol-nəqliyyat baş verib.

News24.az-ın əldə etdiyi məlumata görə, dəhşətli hadisə zamanı İsmayılzadə Cavid Namiq oğlu vəfat edib.

Qeyd edək ki, dünyasını dəyişən şəxs Nərimanov rayonu polisinin müavini olub. 

Xatırladaq ki, Namiq İsmayılov Binəqədi rayonun Sabiq polis rəisi olub.