Xırdalanda dəhşətli hadisə - Narkotik qəbul edən şəxs öldü
    • 14-09-2022, 11:40
    • 447

Xırdalanda dəhşətli hadisə - Narkotik qəbul edən şəxs öldü

Dünən axşam saatlarında Abşeron rayonunun inzibati mərkəzi olan Xırdalan şəhərində gənc oğlan narkotik vasitə qəbul edəndən sonra ölüb.

News24.az
əldə etdiyi məlumata görə, dəhşətli hadisə Xırdalan şəhərinin Ş.Qurbanov küçəsində baş verib. Həmin ünvanda 25-30 yaşlı şəxsin meyiti tapılıb. Araşdırmalar zamanı məlum olub ki, ölən şəxs 1996-cı il təvəllüdlü R.Nəsirovdur. O, qəbul etdiyi narkotik vasitənin təsiri nəticəsində həyatını itirib. 

Ölüm faktı ilə bağlı araşdırmalara başlanılıb.