Bu ərazilərdə işıq olmayacaq
    • Dünən, 23:40
    • 166

Bu ərazilərdə işıq olmayacaq


Biləcəri ETSİ-nə (enerji təchizatı və satışı idarəsi) daxil olan bir sıra ərazilərdə yenidənqurma işləri ilə əlaqədar oktyabrın 10-da elektrik xətləri sifarişə əsasən açılacaq. 

Bu barədə  “Azərişıq”dan bildirilib.

Məlumata görə, bununla əlaqədar olaraq saat 09:00-dan saat 13:00-dək Aşağı Sulutəpə, Çiçək qəsəbələrində, Ruslan Allahverdiyev küçəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. 

Bundan başqa, Xəzər RETSİ-nə (rayon enerji təchizatı və satışı idarəsi) daxil olan Şağan qəsəbəsinin bir sıra hissəsində köhnə naqillərin yenilənməsi işləri ilə əlaqədar oktyabrın 10-da elektrik xətləri sifarişə əsasən açılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan saat 15:00-dək qəsəbənin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.