Bu xəstəliklər qəfil görmə itkisinə səbəb ola bilər - DİQQƏT
    • Bu gün, 06:31
    • 328

Bu xəstəliklər qəfil görmə itkisinə səbəb ola bilər - DİQQƏT


24 saat ərzində geri dönməyən görmə itkisinin “qalıcı görmə itkisi” adlandırılır.

Ucnoqta.az xəbər verir ki, Göz Sağlamlığı və Xəstəlikləri Mütəxəssisi Dr. Mustafa Nil bildirir ki, burada görmənin getdikcə azaldığı hallar daha çox diqqət çəkir.

Məsələn, katarakta, refraktiv qüsurlar, torlu qişa xəstəlikləri, diabetik retinopatiya, yaşa bağlı makula degenerasiyası və qlaukoma buna misal ola bilər.

Göz damarlarının tıxanması, travma və ya xəstəlik nəticəsində gözdaxili qanaxma, ağrılı qlaukoma böhranı, gözün ön qatında ağrılı buynuz qişanın ödemi də qəfil görmə itkisinə səbəb ola bilər.

Mütəxəssis bildirir ki, görmə insanın vizual fiziologiya vasitəsilə obyektlərin formalarını, yerlərini, rənglərini və parlaqlığını ayırd etmək qabiliyyətidir.

Göz bəbəyindən gələn məlumatlar beynin arxa hissəsində yerləşən ilkin görmə qabığında görüntü yaradır və görüntü bu bölgədə şərh olunur. Görmə itkisi bu ərazilərdə və ya yollarda hər hansı xəstəlik və ya travma nəticəsində baş verə bilər.

Görmə itkisinə səbəb olan vəziyyətlərə toxunan Mütəxəssis. Dr. Nil, “Qanuni görmə itkisi və ya korluq, kontakt linzalar və ya eynəklərlə düzəldilməsinə baxmayaraq bir insanın görmə qabiliyyətinin yüzdə 10-un altında qalması və ya görmə sahəsi cihazı ilə baxıldığında görmə sahəsinin 20 dərəcədən aşağı qalmasıdır. 

Görmə itkisinin səbəbləri müvəqqəti görmə itkisinə və ya daimi görmə itkisinə səbəb ola bilər. “Beyin damarlarında tıxanma, göz içi damarlarında müvəqqəti sıxılmalar, miqren tutmaları, yüngül göz içi qanaxma kimi hallar müvəqqəti görmə itkisinə səbəb ola bilər.

Mütəxəssis qeyd edib ki, əgər 24 saat ərzində görmə itkisi geri qayıtmazsa, buna “daimi görmə itkisi” deyilir.