-
- 10-10-2024, 10:28
- 822
Mətanət Əsədova efirdə diz çöküb AĞLADI - VİDEO
Müğənni Mətanət Əsədova efirdə kövrək anlar yaşayıb.
News24.az olay-a istinadən bildirir ki, sənətçi "Rəngarəng səhər" verilişində qonaq olarkən mərhum anasının fotosu ekranda göstərilib.
Monitorun qarşısında diz çökən ifaçı göz yaşlarını saxlaya bilməyib:
"Kaş ki, sən getməzdin. Kaş ki, ekranlardan, soyuq məzar daşından əzizləmək yerinə ölərdim. Ay mənim dünyam, hər şeyim. Bilirsiniz ki, tək insanam. Başdan ayağa brillianta bükülümüş 10 qız, 10 oğlan övladı versələr, başımın üstündə duran ailə başçısı versələr... Fərqi yoxdur. Kim olursan ol, nə edirsən et, hara aparırsan apar, heç gözümdə yoxdur".
Daha sonra aparıcı Zaur Nəbioğlu M. Əsədovaya anasından yadigar qalan təsbehi verib. Bu zaman müğənni yenidən göz yaşı töküb:
"Bu, mənim ürəyimdir. Kiminsə əzizi dünyadan gedəndə hər şeyini saxlayır. Mən həmişə bu təsbehi quranın yanında saxlayıram. Həyata baxın, kimsə kiminləsə küsür, düşmən olur. Amma canlı insandan sonra bir təsəllim budur. Elə bilirsiniz, anadan oxumaq mənə asandır? İndi buz kəsmişəm, bədənim titrəyir. Mən itkiyə dözə bilmirəm. Bədənimin harasını kəssəniz, dərd-yara çıxır. Sadəcə qürurlu dayanmağa çalışıram ki, sənətimdir. Anam qarşımda olsa, deyərdim dur burda, sənin məzarında mən yatım. Səsimi də itirəydim, gözüm də kor olaydı... Valideyn ikinci Allahdır, onunla oyun oynamaq olar? Tək, ailəsiz, övlad yiyəsi olmamağım... Hamısını anama qurban vermişəm. Səbəbi isə məndə qalsın. Elə bir şeylərin həsrətini çəkmişəm. Amma anam sağ olsaydı, yenə qurban verərdim. Bu dünyaya hər şeyimi qurban vermək üçün gəlmişəm. İstəmirəm, kiminləsə söz-söhbətim olsun. Ona cavab verənə qədər ürəyim gedəcək, ya da göz yaşımı saxlaya bilməyəcəm. Mən öz yaxınlarım üçün ölərəm. Arada küsə bilərəm. Amma onlarsız yaşaya bilmərəm".