-
- 10-10-2024, 10:35
- 506
Şahmar Hüseynov həlak oldu
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.
News24.az unikal-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Belə ki, Lənkəran rayonun Mamusta kəndindən olan 1984-cü il təvəllüdlü Hüseynov Şahmar Ataman oğlu döyüşdə həyatını itirib.
O, Rusiya ordusunun sıralarında döyüşə qatılmışdı.
Mərhum ötən gün Mamusta kəndində torpağa tapşırılıb.