-
- 10-10-2024, 11:57
- 654
Xalq artisti ölkədən görün nələri çıxarmaq istədi - 20 MİLYON DOLLARLIQ...
Müğənni Alla Puqaçova xaricə təxminən 20 milyon dollar dəyərində antikvar keçirməyə cəhd edib
News24.az xəbər verir ki, bu barədə “Shot” “Telegram” kanalı məlumat yayıb.
İfaçının ölkənən çıxarmaq istədiyi antikvariatların siyahısına 19-cu əsrə aid Fransız çilçıraqı, meyvə qabı, 16-19-cu əsrlərə aid heykəllər və rəsmlər daxildir.
Qeyd edilənlər müğənninin həyat yoldaşı komediya ustası Maksim Qalkinin adına rəsmiləşdirilib. Qiymətli əşyaların olduğu qutular Şeremetyevo Hava Limanından təyyarə ilə göndərilməli olub. Lakin sənədlərin natamam olmasısəbəbindən göndərişdən imtina edilib.
Antikvar satıcıları və kolleksiyaçılar Puqaçovanın sözügedən əşyalarının dəyərini 20 milyon dollar qiymətləndiriblər. Əsərlərin çoxu nadirdir və muzeyin marağına səbəb olub. Leonardo da Vinçinin müasiri Domenik Puliqonun “Madonna və iki mələkli uşaq” tablosunun hərracda qiyməti 1 milyon dollardan başlayır. Müğənninin kolleksiyasında həmçinin Rembrandtın müasiri olan rəssam Yan van Qoyenin “Yel dəyirmanı olan çay kənarındakı şəhərin mənzərəsi” var.
Müəllif həyatı boyu 1200 rəsm çəkib.
Teymur Məmmədov