Niyə heç bir ölkənin bayrağında bənövşəyi rəng yoxdur? - Maraqlı tarix
    • 10-10-2024, 21:06
    • 720

Niyə heç bir ölkənin bayrağında bənövşəyi rəng yoxdur? - Maraqlı tarix

Niyə heç bir ölkənin bayrağında bənövşəyi rəng yoxdur?

Ölkə.Az Onedio.com-a istinadla xəbər verir ki, bu suala cavab tapmaq üçün tarixə nəzər salmaq lazımdır.

Çünki bənövşəyi rəng tarix boyunca güc və zənginliyin simvolu kimi qəbul edilib.

Kraliça I Elizabetin kral ailəsinin üzvlərindən başqa heç kimin bənövşəyi rəngdə geyinməməsi üçün qanun qəbul etdiyi belə deyilir.

Əslində isə bənövşəyi piqmentin istehsalı qədim zamanlarda çox çətin idi və baha başa gəlirdi.  Buna görə də bənövşəyi rəngdən təkcə kral ailəsinin üzvləri və çox zəngin insanlar istifadə edə bilirdi. 

1856-cı ildə britaniyalı kimyagər Villiam Henri Perkinin sintetik bənövşəyi piqmenti kəşf etməsi ilə birlikdə bu rəng daha əlçatan oldu. 

Buna baxmayaraq bir çox ölkə bayrağı bənövşəyi piqmentin geniş yayılmasından əvvəl dizayn etdiyi üçün bu rəngə bayraqlarda nadir hallarda rast gəlmək olur.

Hazırda bu rəng yalnız beş ölkənin bayrağında görünür: Dominika, İspaniya, El Salvador, Nikaraqua və Meksika. Bu bayraqlarda da bənövşəyi rəngdən simvolik olaraq istifadə edilir.