-
- 10-10-2024, 13:37
- 403
Atası ilə görüməyən Dilandan Ahmet Tatlısəslə paylaşım - FOTO
İmperator ləqəbli İbrahim Tatlısəs ilə İşıl Çıtakın evliliyindən dünyaya gələn Dilan Çıtak bir müddət əvvəl atasından psixoloji zorakılığa və mobbingə məruz qaldığını açıqlayıb.
News24.az xəbər verir ki, ata ilə qız arasında gərginlik artarkən Dilan Çıtak Tatlısəsin "Mənim soyadımdan istifadə etmə" deməsindən sonra "Tatlısəs" soyadını sosial media hesabından çıxarıb.
Bu günlərdə atasını görməyən Dilan Çıtak böyük qardaşı Ahmet Tatlısəslə görüşüb.
Qardaşının restoranında yemək yeyən Çıtak sosial media hesabında Ahmet Tatlısəslə fotosunu paylaşıb.
Fotonu təqdim edirik:
Günel Məlikzadə