-
- 17-07-2024, 14:57
- 436
İbrahim Tatlısəs: "Kaş pulum az olaydı"
Keçirdiyi ağır ürək əməliyyatından sonra ötən gün evə buraxılan İbrahim Tatlısəs ailə problemlərindən danışıb.
News24.az publika.az-a istinadla xəbər verir ki, bir müddət əvvəl barışdığı oğlu Ahmet Tatlısəs atasını xəstəxanada qaldığı müddətdə tək qoymasa da, qızı Dilan Çıtak sənətçinin yanına getməyib.
İbrahim Tatlısəs övladları ilə yaşadığı problemlərin "pul böhranı"ndan qaynaqlandığını deyib: "Pulum az olsaydı, bu qədər hadisə olmazdı".
Tatlısəs "Beyaz Maqazin" adlı proqrama göndərdiyi mesajla məsələyə aydınlıq gətirib. Ailədə iğtişaşlara pulun səbəb olduğunu deyən sənətçi bu ifadələri işlədib:
“Kaş ki, bu qədər pulum olmasaydı, rahatlıq tapa biləydim. Çünki pul bəzən problem yaradır. Əslində, problem həmişə var. Pulum az olsaydı, bu baş verməzdi".