Evsiz uşaqlar: Onlar həkimə, məktəbə gedə bilmirlər
    • 10-10-2024, 14:53
    • 338

Evsiz uşaqlar: Onlar həkimə, məktəbə gedə bilmirlər

Brüsseldə yerləşən Evsizlərlə İşləyən Avropa Milli Təşkilatları Federasiyası (FEANTSA) və Parisdə yerləşən Abbe Pierre Vəqfi tərəfindən aparılan hesabata görə, 399 min 561 uşağın Avropa Birliyi (AB) ölkələrində sığınacaq evi yoxdur.

News24.az xəbər verir ki, bu uşaqlar "təcili sığınacaqlarda" və ya sığınacaqlarda qalmağa məcbur edilir. Eyni zamanda, təxminən 14,5 milyon uşaq sızma, nəm təməl və ya kif olan mənzillərdə yaşayır.

Hesablamalara görə, Aİ ölkələrində yetkinlik yaşına çatmayanların dörddə biri və 6 yaşınadək uşaqların beşdə birindən çoxu izdihamlı mənzillərdə yerləşdirilir.

Avropa ölkələrinin paytaxtlarının demək olar ki, hər küçəsində rast gəlinən milyondan çox evsiz insan arasında olan uşaqlar da təhsil, səhiyyə xidmətlərindən istifadə etməkdə çətinliklərlə üzləşir və etibarsız gələcəklə üz-üzə qalırlar.

Bildirib ki, uşaqların oxuya biləcəyi, oynaya biləcəyi, ailələri ilə birgə yaşaya biləcəyi evə ehtiyacı var.

Coupechoux, evsiz uşaqların astma və allergiya kimi xəstəliklərlə sağlamlıq xidmətlərinə müraciət edə bilmədiklərini, bəzilərinin isə məktəbə gedə bilmədiklərini söyləyib.


Günel Məlikzadə