Qasırğa bütün adanı evsiz qoydu - FOTO
    • 3-07-2024, 12:05
    • 201

Qasırğa bütün adanı evsiz qoydu - FOTO

Atlantik Okeanında meydana gələn Beril qasırğasının intensivliyi "5-ci kateqoriya"ya yüksəldiyi halda, ilkin təsbitlərə görə qasırğa nəticəsində ən azı 6 nəfər həyatını itirib.

News24.az xəbər verir ki, Beril qasırğasının ən güclü olduğu Union Island sakinləri dağıntıların miqyasından məəttəl qalıblar.

Sent Vinsent və Qrenadin sahillərində yerləşən adadakı demək olar ki, hər bir bina dağıdılıb və ya ciddi şəkildə zədələnib.

Adada yaşayan insanlar demək olar ki, bütün adanın evsiz qaldığını bildiriblər.

Demək olar ki, sağlam bina olmadığı, yolların bağlandığı, küçələrdə elektrik dirəklərinin aşıldığı açıqlanıb.

Minlərlə insan hələ də işıqsızdır və bir çoxu Sent Vinsent və Qrenadalar, Qrenada və Sent-Lüsiyadakı müvəqqəti sığınacaqlarda qalır.

Günel Məlikzadə