"Ukraynadan atəşkəs üçün siqnal yoxdur"
    • Bu gün, 15:18
    • 227

"Ukraynadan atəşkəs üçün siqnal yoxdur"

Moskva Ukrayna ilə davam edən müharibədə atəşkəs müzakirələri ilə bağlı yeni açıqlama verib.

News24.az xəbər verir ki, jurnalistlərə açıqlama verən Kremlin sözçüsü Dmitri Peskov mətbuatda atəşkəs planları ilə bağlı çoxlu xəbərlər olduğunu, lakin Moskvanın Kiyevin atəşkəsə hazır olduğuna dair konkret siqnallar almadığını bildirib.

Kreml sözçüsü açıqlamalarında Şimali Koreyanın Ukraynada Rusiya üçün döyüşmək üçün öz əsgərlərini göndərməsi ilə bağlı xəbərlərə də toxunub:

“Bu, növbəti saxta xəbərə bənzəyir”.


Günel Məlikzadə