"Rusiya Ukrayna ilə danışıqlara açıqdır"
    • 25-07-2024, 22:20
    • 260

"Rusiya Ukrayna ilə danışıqlara açıqdır"

Moskva Ukrayna ilə mümkün sülh danışıqları ilə bağlı yeni açıqlama verib.

News24.az xəbər verir ki, Kreml bu gün bildirib ki, Rusiya müharibəni dayandırmaq üçün Ukrayna ilə danışıqlara açıqdır, lakin Kiyevin bu cür danışıqlarda iştirak etmək istəyinə aydınlıq gətirilməlidir.

Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib ki, Moskva danışıqlara hazırdır və bu cür danışıqların müxtəlif formatları mümkündür.

Ukraynanın xarici işlər naziri Dimitro Kuleba çinli həmkarı Vanq Yi ilə dünənki görüşü ilə bağlı verdiyi açıqlamada "sülh, bərpa və inkişaf yolu ilə getmək istədiklərini" bildirib.

"İnanıram ki, bunlar bizim paylaşdığımız strateji prioritetlərdir", - deyən ukraynalı nazir əlavə edib ki, "Rusiyanın təcavüzü sülhü məhv edib və inkişafı ləngitdi".

Ukrayna Xarici İşlər Nazirliyinin verdiyi açıqlamaya görə, Kuleba çinli həmkarına deyib:

 “Əgər Moskva yaxşı niyyətlə danışıqlara hazırdırsa, Kiyev müəyyən mərhələdə Rusiya ilə görüşməyə hazırdır”.

Günel Məlikzadə