"Fələstin müstəqil dövlət olmalıdır" - Kreml
    • 24-10-2023, 17:39
    • 218

"Fələstin müstəqil dövlət olmalıdır" - Kreml

Kremlin sözçüsü Dmitri Peskov İsrail-Fələstin münaqişəsi ilə bağlı tezliklə atəşkəs çağırışı edib.

News24.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

Kremlin sözçüsü Dmitri Peskov İsrail-Fələstin münaqişəsi ilə bağlı açıqlama verib.

“Ən qısa zamanda atəşkəs əldə olunmalı və Fələstin müstəqil dövlət olmalıdır”.

Peskov, HƏMAS-ın əlində olan Rusiya vətəndaşlarının azad edilməsi ilə bağlı münaqişədə iştirak edən bütün tərəflərlə əlaqə saxlamaq üçün bütün imkanlardan istifadə etdiklərini və bu səylərin davam etdiriləcəyini vurğulayıb.

“Biz terrorun bütün təzahürlərini qınayırıq və həlak olanların yaxınlarına başsağlığı veririk. Ən qısa zamanda atəşkəs əldə olunmağını arzu edirik”-deyə, o fikirlərini sonlandırıb.

Ülkər Abdurahmanlı