-
- 10-10-2024, 15:31
- 379
Fransa parlamentini su basdı
Parisə yağan leysan yağışları səbəbindən Fransa parlamentinin aşağı palatasının yerləşdiyi binanı su basıb.
News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.
Daşqın səbəbindən deputatlar və onların köməkçiləri təcili təxliyə edilməli olub. Daşqın 2025-ci ilin dövlət büdcəsi layihəsinin yaxın vaxtlarda müzakirəyə çıxarılmalı olduğu vaxtda baş verib və parlamentin işini çətinləşdirib.