-
- 1-11-2023, 12:24
- 173
Fransa da əhaliyə evdən çıxmamaq XƏBƏRDARLIĞI - "TƏHLÜKƏLİDİR..."
Fransada Ciaran fırtınası səbəbindən vətəndaşlardan bu gecə evlərini tərk etməmələri istənilib.
News24.az xəbər verir ki, bu barədə “Haberglobal” məlumat yayıb.
Daxili İşlər Naziri Gerald Darmanin BFMTV kanalına verdiyi açıqlamada Fransanın şimal-qərbindəki Brittany və Normandiya bölgələrində xüsusilə təsirli olacaq "Ciaran" fırtınasından bəhs edib.
Bildirib ki, sürəti saatda 170 kilometrə çatan tufan Brittani və Normandiya sahillərində 10 metr yüksəkliyə çatan dalğalara səbəb ola bilər
Böyük Britaniya, İrlandiya, Fransa və Pireney yarımadasını əhatə edəcəyi gözlənilən "Ciaran" fırtınasına görə tufan və daşqın xəbərdarlığı edilib.
Ülkər Abdurahmanlı