-
- 11-06-2022, 19:39
- 479
Su xətləri dağıldı, üç körpünü sel apardı - ŞƏKİDƏ DAŞQIN -VİDEO
Şəkidə leysan yağışları bir sıra fəsadlar törədib. Ötən gün axşam saatlarında Şəki rayonu ərazisində güclü küləklə müşahidə olunan leysan yağıb.
Leysan yağışları əsasən rayonun ucqar Baş Küncüt kəndi ərazisində fəsadlara səbəb olub. Belə ki, dağlara yağan leysan yağışı kənd ərazisindən axan Qara çayda daşqın əmələ gətirib. Nəticədə daxili yollar yararsız hala düşüb, elektrik və qaz təsərrüfatına ziyan dəyib. Kənd ərazisindəki üç körpünü də sel suları dağıdıb. Leysan yağışları sakinlərin içməli su xətlərini dağıtmaqla yanaşı fərdi təsərrüfatlarda xüsusən bostan-tərəvəz sahələrini su altında qoyub. Qeyd edək ki, səhər saatlarından etibarən, yerli qurumlar kənddə leysan yağışların yaratdığı fəsadların aradan qaldırılması ilə məşğuldur. Sözügedən əraziyə rayon suvarma sistemləri və yol istismar idarələrinin texnikaları kəndə cəlb olunub. Müvafiq qurumlar ərazidə elektrik enerjisi və mavi yanacağın bərpası istiqamətində iş aparır. /APA/