-
- 10-10-2024, 15:52
- 452
Azərbaycanda "rəqəmsal quldurlar" fəaliyyətdə: DİQQƏTLİ OLUN!
Ölkədəki mobil operatorlarının müştərilərinin zəng edərkən diqqətli olmaları son dərəcə vacibdir.
News24.az xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən mobil operatorlarının müştəriləri xaricə zəng edərkən diqqətli olmalarının vacibliyi hər dəfə vurğulanır.
Rabitə sisteminin inkişafı dünyada göz önündədir, lakin rəqəmsal quldurların da bu, istiqamətdə vurduğu zərərlərin sayı hesabı yoxdur.
Müasir dövrdə digər ölkələrə mobil telefonla zəng etmək normal bir haldır. Lakin hər dəfə zəng edəndə düşə bilirikmi? Hansı problemlər yaşanır? Problemlərin qarşısını necə almaq olar?
Məsələ ilə bağlı İKT eksperti Vasif Qəhrəmanovla əlaqə saxladıq. V.Qəhrəmanov xaricə zəng edərkən vahid tək problemin olduğunu bildirdi: “Rəsmi olmasa da, praktiki dəfələrlə şahidi oluruq ki, Azərbaycandan, yerli mobil operatorlardan bir az uzaq məsafələrə zəng etdiyimiz zaman həmən abunəçiyə düşə bilmirik. Şəxsən özüm Danimarkadakı qardaşıma zəng edərkən telefonu Zimbabve, Cibuti, hətta Gabom vətəndaşı zəngi açıb öz dillərində nələrsə danışır. Əslində onlar rəqəmsal quldurlardır. Bütün ölkələrin dövlət Rabitə xidmətləri və şirkətləri onlarla mübarizə aparırlar. Ən ağrılı cəhət budur ki, onlarla mübarizə günbəgün deyil, hər dəqiqə aparılır. Rəqəmsal quldur bir neçə istiqamətə bölünür. Onlar Azərbaycandan çox uzaq məsafələrdə çalışırlar, əsasən inkişaf etməyən ölkələrin vətəndaşları olurlar. Ancaq rəqəmsal quldur kimi çox təcrübəlidirlər. Onlar əsas 2 qolu var, biri şəxsi mənfəət güdənlər, biri də raketlik etmək istəyənlər. Təbii ki, bunların Azərbaycana heç bir aidiyyəti yoxdur, onlar daha böyük şirkətlərə qarşı cinayət törətməkdə meyillidirlər, ancaq bundan əziyyət çəkən sadə vətəndaşlar olur.
Bundan çıxış yolu sadədir, xaricə mütəmadi olaraq zəng edirsinizsə, hər hansı problemlə qarşılaşmısızsa həmən yerli mobil operatorlara müraciət edin. Onlar dərhal reaksiya verib problemli aradan qaldırılmasına kömək edəcəklər. Bundan başqa zəng etdiyiniz adamlardan zəng gələn nömrənin ölkə kodunu öyrənin.
Yenə öz başıma gələn hadisəni qeyd edirəm, qardaşım Danimarkada yaşayır, yerli mobil operatordan zəng edirəm, ancaq ona gələn zənglər Çexiya, Fransa, Polşa və İspaniya nömrələrindən olub. Gərək qarşı tərəf də son dərəcə ayıq olmalıdır. Ən azı bu gün axşam mən Danimarkada yaşayan qardaşımdan zəng gözləyirəm, başqa ölkədən kiminsə zəng edəcəyini gözləmirəm. Bu ümumi bir qaydadır. Ancaq ən gözəl variant sosial şəbəkələrlə əlaqə saxlamaqdır. Yənə qeyd edirəm, belə hallarda həmən yerli mobil operatorlara məlumat vermək zəruridir”.
Ağa