Qaynar xəttə 2 min dəfədən çox zəng etdi
    • 19-04-2024, 22:00
    • 610

Qaynar xəttə 2 min dəfədən çox zəng etdi

İngiltərə polis agentliyi bugünkü açıqlamasında, Sonia Nikson adlı qadının 2021-2023-cü illər arasında 999 qaynar xətt zəng mərkəzini 2 mindən çox zənglə məşğul saxladığı üçün 5 il həbs cəzasına məhkum edildiyini açıqladı.

News24.az xəbər verir ki, 75 yaşlı Sonia Nikson 2023-cü ildə təcili yardım xəttinə 1194 dəfə zəng edib. 

O, 2021-2023-cü illər arasında qaynar  xəttə zəng etmək üçün 17 müxtəlif mobil telefon nömrəsindən istifadə edib. 

Qeyd edək ki, onun 999 təcili yardım sistemindən sui-istifadə etməsinin beş ay ərzində Metropolitan Polisinə təxminən 4500 funt sterlinqə başa gəldiyi təxmin edilir.

Günel Məlikzadə