Aİ Ukraynaya Rusiya pulunu göndərir
    • 10-10-2024, 20:37
    • 642

Aİ Ukraynaya Rusiya pulunu göndərir

Dondurulmuş Rusiya aktivlərinin Ukraynaya göndərilməsi ilə bağlı müzakirələr davam edərkən, Avropa İttifaqı (Aİ) ilk konkret addımı atıb.

News24.az xəbər verir ki, Aİ Şurası üzv ölkələrin Ukraynaya 35 milyard avro həcmində müstəsna makro maliyyə yardımı krediti göndərməyə razılaşdığını bildirib.

Yeni maliyyə yardımı paketinə Aİ və G7 tərəfdaşları tərəfindən verilən 45 milyard avroya qədər kreditlərin qaytarılması üçün Ukraynaya dəstək mexanizmi daxildir.

Açıqlamada kreditin Ukraynanın təcili maliyyə ehtiyaclarını dəstəkləyəcəyi bildirilib, kreditin idarəetmə, nəzarət sistemləri və qanun pozuntularının qarşısının alınması ilə bağlı müxtəlif müddəaların yer alacağı qeyd edilib.

Bundan əlavə, bəyanatda AB-nin Ukraynaya verəcəyi kreditin maliyyələşdirilməsi üçün ediləcək borclanmanın AB büdcəsindən təminatla dəstəklənəcəyi və məqsədin kreditin bu il istifadəyə verilməsi olduğu bildirilib.

Bu mərhələdən sonra kreditin verilməsi üçün Avropa Parlamentinin təsdiqi tələb olunur.

Günel Məlikzadə