-
- 10-10-2024, 21:58
- 461
Gələn polisi şəhid etdi: Polis qatilinin hökmü açıqlandı
İstanbulda polis məmuru Cihat Ermişi xəbər üzərinə getdiyi iqamətgahda güllələyib şəhid edən müttəhim Muhammet Berke Çoraka ağırlaşdırılmış ömürlük həbs cəzası verilib.
News24.az xəbər verir ki, iclasda Ermişin həyat yoldaşı Nilüfer, anası Sare və atası Şefik Ermiş, həmçinin tərəfin vəkilləri də iştirak edib.
Şəhidin xanımı Nilüfer Ermiş bildirib ki, dünən həyat yoldaşının ölümünün ildönümü olub.
Nəvəsinin atasız qaldığını açıqlayan Sare Ermiş, müttəhimin ömürlük həbs olunmasını istədiyini qeyd edib.
Günel Məlikzadə