Nilüfer Gürsoya vida
    • 4-07-2024, 11:42
    • 117

Nilüfer Gürsoya vida

Türkiyənin 3-cü prezidenti Cəlal Bayarın qızı Nilüfer Gürsoy dünən parlamentdə keçirilən mərasimdə son səfərinə yola salınıb.

News24.az xəbər verir ki, Nilüfer Gürsoy 38 il əvvəl vəfat edən atası kimi 103 yaşında dünyasını dəyişib.  Qeyd edək ki, Celal Bayar 22 avqust 1986-cı ildə 103 yaşında vəfat edəndə dünyanın ən yaşlı siyasətçisi idi.

Parlamentin Fəxri Qapısında keçirilən mərasimdə parlamentin sədri Numan Kurtulmuş, parlamentin keçmiş sədri Mustafa Şentop, CHP Sədr Özgür Özel, CHP-nin keçmiş sədri Kamal Kılıçdaroğlu, AK Partiya Qrupunun sədri Abdullah Güler, DP sədri Gültəkin Uysal, deputatlar, siyasətçilər və parlament əməkdaşları iştirak ediblər.

Nilüfer Gürsoy daha sonra Cebeci Asri qəbiristanlığında dəfn edilib.

Məryəm