-
- 10-10-2024, 16:43
- 500
Makron kişi ilə öpüşməsindən danışdı: "Bunun pis olduğunu düşünmürəm"
Fransa prezidenti Emmanuel Makronun süni neyron şəbəkələrdən istifadə edilməklə yaradılmış kişini öpdüyü saxta video “milyonlarla insan” tərəfindən izlənilib.
News24.az xəbər verir ki, Makron bu barədə “Variety” jurnalına müsahibəsində bildirib.
“Bu yay mənim kişi mühafizəçilərimizdən biri öpüşən kimi montaj edilmiş bir videoya baxdım. Görüntünü milyonlarla insan izlədi. Mən bunun pis olduğunu düşünmürəm, amma reallığı əks etdirmir”, - deyə Fransa lideri deyib.
Fransa prezidenti bildirib ki, süni intellekt sahəsindəki müasir texnologiyalar insanlara müxtəlif şeylər yaratmağa imkan verir. Bununla belə, Makron xəbərdarlıq edib ki, bu vasitələrdən zərərli istifadə emosional cəhətdən həssas insanları depressiyaya sürükləyə bilər. Bundan əlavə, neyron şəbəkələri dezinformasiya üçün istifadə edilə bilər ki, bu da demokratiyanı poza bilər.
Bununla bağlı Fransa prezidenti süni intellektin qanunvericiliklə tənzimlənməsinin lehinə çıxış edib.
Teymur Məmmədov