Makron Serbiyaya GEDƏCƏK
    • 22-08-2024, 14:31
    • 137

Makron Serbiyaya GEDƏCƏK

Fransa prezidenti Emmanuel Makron Serbiyaya səfər etmək və həmkarı Aleksandar Vucic ilə görüşmək niyyətindədir. 

News24.az xəbər verir ki, bu barədə Reuters yazır.

Qeyd edilir ki, əsas müzakirə mövzularından biri süni intellektin inkişafı olacaq. Buna səbəb 2025-ci ildə Serbiyanın Süni İntellekt üzrə Qlobal Tərəfdaşlığa sədrlik etməsi, Fransanın isə bu mövzu üzrə sammitə ev sahibliyi etməsidir.

Bundan əlavə, Makron və Vuçiç ikitərəfli əməkdaşlıq və iqtisadi əlaqələrin gücləndirilməsini müzakirə etməyi gözləyirlər.

Bildirək ki, Fransa prezidentinin səfəri avqustun 29-30-da baş tutacaq.

Məryəm İlhamqızı