-
- 10-10-2024, 16:30
- 319
27 yaşlı qadın inşaat mühəndisi faciəvi şəkildə ÖLDÜ – FOTO
Braziliyada 27 yaşlı inşaat mühəndisi Rafaela Martins de Araujo zavodda işləyərkən faciəvi şəkildə ölüb.
News24.az Medianews.az-a istinadla xəbər verir ki, şirkətinin texniki meneceri gənc qadını qəzadan sonra xəstəxanaya aparsa da onu xilas etmək mümkün olmayıb.
Hadisə oktyabrın 7-də Braziliyanın Macae şəhərində baş verib. Hadisə Araujonun texniki menecer kimi çalışdığı MJ2 Construction şirkətinin tikinti sahəsində baş verib. Tullantı anbarı ərazisində istifadə edilən çarxın əyləcləri qəfil sıradan çıxıb və operatorlar idarəetməni itirib. Nəticədə silindir gənc mühəndisi əzib.
Ağır yaralanan Araujo dərhal Laqomar Təcili Yardım Birliyinə aparılsa da, edilən bütün müdaxilələrə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb. Məhkəmə Tibb İnstitutunun hesabatına görə, Arauconun ölüm səbəbi kəllə-beyin travması olub.
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.