-
- 19-08-2024, 12:34
- 296
Məktəbin həyətində QORXUNC OLAY! 14 yaşlı qız FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ
Ədirnədə 5 nəfərlik bir qrup şagird məktəbin bağçasında vaxt keçirərkən , KA (17) silahıyla oynamağa başlayıb.
News24.az 32gun.az-a istinadən xəbər verir ki, Silah qəfildən atəş açıb və 14 yaşlı Duru Pakarda faciəvi şəkildə ölüb. Yaşı 15-18 arasında olan 4 nəfər saxlanılıb.
Hadisənin təfərrüatında bildirir:
Məlumata görə, Ədirnənin Fatih rayonunda Qazi Osman Paşa orta məktəbinin bağçasında toplaşan 5 nəfərlik dostlar söhbət edərkən qrupdan 17 yaşlı K.A adlı oğlan özü ilə gətirdiyi silahla oynamağa başlayıb.
Silahdan açılan atəş nəticəsində 14 yaşlı Duru Pakarda sol döş qəfəsindən yaralanıb.
Xəbər üzərinə hadisə yerinə təcili yardım və polis qrupları sövq edilib.
Ağır yaralı olduğu təsbit edilən Duru hadisə yerində edilən ilk müdaxilənin ardından təcili yardımla Trakya Universiteti Tibb Fakültəsi Xəstəxanasına aparılıb.
14 yaşlı Duru bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb və həyatını itirib.
Polis 15, 16, 17 və 18 yaşlı 4 nəfəri saxlayıb. Şəxslərin polis bölməsində əməliyyatları davam edir.