-
- 12-10-2024, 04:15
- 716
Bu insanlarda insult riski yüksəkdir - DİQQƏT!
Araşdırmalara görə, qan qrupu A (II) olan insanların digər qan qruplarına nisbətən 60 yaşından əvvəl insult keçirmə riski daha yüksəkdir.
News24.az Publika.az-a istinadla xəbər verir ki, 2022-ci ildə bu barədə araşdırma aparan tədqiqatçılar A1 alt qrup geni ilə erkən yaşlarda insult riski arasında əlaqə aşkar ediblər.
Bu araşdırmada 17 minə yaxın insult hadisəsi və insult keçirməyən 600 minə yaxın insanı əhatə edən 48 genetik tədqiqatın məlumatları təhlil edilib. Tədqiqat iştirakçılarının yaş həddi 18-59 arasında olub.
Tədqiqatın nəticələrinə görə, A qrupunun genetik variasiyası olan insanların 60 yaşından əvvəl insult keçirmə riski digər qan qruplarına malik insanlarla müqayisədə 16 faiz daha yüksəkdir. O (I) qan qrupuna sahib insanlarda isə bu risk 12 faiz daha azdır.
Araşdırmanın aparıcı müəllifi və damar nevroloqu Steven Kittner bunun qan laxtalanma faktorları, qan damarlarını örtən hüceyrələr və dövran edən zülallarla əlaqəli ola biləcəyini bildirib.