-
- 11-10-2024, 22:13
- 668
3 gündə 3 nəfəri öldürən QATİL QADIN
Niaqara Regional Polis İdarəsindən verilən açıqlamaya görə, 1-i qadın, 2-si kişi olmaqla ümumi 3 nəfəri öldürən kanadalı qadın Burlinqtonda bir oteldə yaxalanıb.
News24.az xəbər verir ki, Sabrina Kauldharın ilk cinayətini oktyabrın 1-də Torontoda törətdiyi öyrənilib.
60 yaşlarında bir qadını öldürən Kauldhar ertəsi gün Niaqara şəlaləsi yaxınlığındakı parkda 47 yaşlı Lance Cunninghamı qətlə yetirib.
Sonuncu qətlini oktyabrın 3-də törədən 30 yaşlı qatil 77 yaşlı təqaüdçü müəllim Mario Biliç Həmiltondakı dayanacaqda öldürüb.
Jurnalistlərə açıqlama verən polis rəisi Bill Fordi, “Biz onu “serial qatil” kimi təsvir edirik. "O, qətlləri təsadüfi törədib" dedi.
Qeyd edək ki, Sabrina Kauldharın məhkəməsi davam edir.
Günel Məlikzadə