Gəncədə yaşayış binası yanıb, 7 nəfər təxliyə edilib
    • 21-06-2019, 17:37
    • 850

Gəncədə yaşayış binası yanıb, 7 nəfər təxliyə edilib

Gəncə şəhərinin Kəpəz rayonunda beşmərtəbəli yaşayış binasının ümumi sahəsi 1500 m² olan dam örtüyünün yanar konstruksiyaları 250 m² sahədə yanıb.

Fövqaladə Hallar Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, yanğın zamanı 7 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Dam örtüyünün qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;