-
- 12-10-2024, 01:30
- 3 022
SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu
Qala stansiyasından 133 kilometr şərqdə Xəzər dənizində zəlzələ qeydə alınıb.
News24.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, oktyabrın 11-də yerli vaxtla saat 23:50-də qeydə alınan yeraltı təkanların maqnitudası 3.8-ə bərabər olub.
Zəlzələnin ocağı 68 kilometr dərinlikdə yerləşib.