Daha bir futbolçu vəfat etdi
    • Bu gün, 06:52
    • 305

Daha bir futbolçu vəfat etdi


“La Şatenyere” klubunun yarımmüdafiəçisi Aleksis Leskayl 34 yaşında vəfat edib.

Publika.az xəbər verir ki, oktyabrın 5-də Fransanın “Anje”nin əvəzedici komandası ilə beşinci divizionun matçında futbolçunun anevrizması yırtılıb. Leskayl huşunu itirib və yerli xəstəxanaya aparılıb.

Nant xəstəxanasına köçürülən futbolçu oktyabrın 6-da orada əməliyyat olunub. Lakin onun nin həyatını xilas etmək mümkün olmayıb. Aleksis ktyabrın 10-da vəfat edib.

Faciə ilə əlaqədar oktyabrın 12-13-də klub sistemində heç bir komanda oynamayacaq