Azərbaycanda yüksək vəzifəli şəxsin ailəsində faciə - Əməliyyat vaxtı öldü
    • 29-01-2019, 11:15
    • 1 385

Azərbaycanda yüksək vəzifəli şəxsin ailəsində faciə - Əməliyyat vaxtı öldü

Qax rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Rayon sakini, 1988-ci il təvəllüdlü Orucova Türkan Sədi qızı yaşadığı evin 2-ci mərtəbəsindən yıxılıb. Onurğa sümüyündən ağır xəsarət alan 31 yaşlı qadın Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Məlum olub ki, onun onurğasında sınıq var və bu səbəbdən Türkan Orucova Bakıdakı ixtisaslaşmış xəstəxanaya gətirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. T.Orucova əməliyyat vaxtı vəfat edib.

Bildirilir ki, bədbəxt hadisə nəticəsində vəfat edən Türkan Orucova Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyində yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılovun baldızıdır.

Allah rəhmət eləsin.

//Publika.az