Bakıda yaşlı kişinin başını kəsərək qətlə yetirdilər
    • Bu gün, 07:35
    • 435

Bakıda yaşlı kişinin başını kəsərək qətlə yetirdilər


Bakıda yaşlı kişinin başını kəsərək qətlə yetirdilərBakıda 75 yaşlı kişinin başını kəsərək qətlə yetirməkdə təqsirləndirilən Zahid İsayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report" xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Samir Əliyevin icraatına verilib.

Qeyd edək ki, hadisə bu il iyulun 20-də gecə saat 1 radələrində paytaxtın Nizami rayonunda qeydə alınıb.

1965-ci il təvəllüdlü Zahid İsayevin aralarında yaranmış mübahisə zamanı 1949-cu il təvəllüdlü Tahir Əliyevin başını kəsərək qətlə yetirib.

Zahid İsayev tutularaq istintaqa təhvil verilib.