-
- 12-10-2024, 08:00
- 3 438
Nazir rus dili qadağasını dəstəklədi
Ukraynanın təhsil naziri Oksen Lisovoy məktəblərdə rus dilinin tam qadağan edilməsini dəstəkləyib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri məlumat yayıb.
Məlumata görə, nazir rus dilindən silah kimi istifadə edildiyini deyib:
"Rus dili silah kimi, təcavüz üçün ilkin şərt kimi istifadə olunur. Buna görə də Təhsil Nazirliyi yerli xalqların və milli icmaların dillərinin qorunması ilə bağlı müddəaları ona tətbiq etmir. Ukrayna məktəblərində rus dilində dərslərin keçirilməsi qanuna ziddir" - nazir deyib.