Bu ölkədə Ukrayna dili ikinci xarici dil kimi öyrəniləcək
    • 14-09-2023, 12:32
    • 214

Bu ölkədə Ukrayna dili ikinci xarici dil kimi öyrəniləcək

Çexiyada Ukrayna dili ikinci xarici dil kimi öyrəniləcək.

News24.az xəbər verir ki, bu barədə "ProUkrainu" nəşri məlumat yayıb.

Bildirilib ki, müharibə başlayandan sonra yarım milyona yaxın ukraynalı Çexiyaya gedib. 

Məhz bu səbəbdən də, qaçqın uşaqların yerli məktəblərdə ana dillərində təhsillərini davam etdirməsi üçün hökumət belə bir addım atıb. 

Aynurə