"Apple" şirkəti ABŞ hüdudlarından kənarda ən böyük laboratoriyasını açdı
    • 12-10-2024, 17:46
    • 680

"Apple" şirkəti ABŞ hüdudlarından kənarda ən böyük laboratoriyasını açdı

"Apple" şirkətinin qadcetlərini sınaqdan keçirmək və yerli təchizatçılarla əməkdaşlığı gücləndirmək üçün Şençjendə yeni laboratoriya açıb. 

News24.az Valyuta.az-a istinadla xəbər verir ki, bu barədə "MacRumors" portalı məlumat yayıb.

20 min kvadratmetr sahəsi olan obyekt əvvəlcə Honq-Konq, Makao və Quanqdonq əyalətindəki doqquz şəhəri əhatə edən Böyük Körfəz Bölgəsində "Apple"ın tədqiqat və inkişaf mərkəzinə çevriləcək.

Çin mətbuatının məlumatına görə, laboratoriya sonda mindən çox yerli və xarici mütəxəssisi işə götürəcək. "Apple" yeni obyekti ABŞ hüdudlarından kənarda ən böyük laboratoriyası adlandıraraq, Çin bazarına sadiqliyini vurğulayır.

Mütəxəssislər qeyd edirlər ki, “Apple” şirkətinin Çində laboratoriyasının açılması ölkədə, xüsusən də “Huawei” ilə rəqabətin artması ilə bağlıdır. CINNO araşdırma şirkətinin məlumatına görə, avqust ayında "Huawei"nin Çindəki satışları təxminən dörd ildə ilk dəfə olaraq "Apple"ı üstələyib.

Çindən kənarda istehsal zəncirini şaxələndirmək səylərinə baxmayaraq, "Apple" ölkə daxilində tədqiqat və inkişafa sərmayə qoymağa davam edir. Şirkət əvvəllər Pekində, Şanxayda, Suzhou və Şenzhendə tədqiqat mərkəzləri açıb və Çindəki "Ar-Ge" komandası son beş ildə iki dəfə artırıb.