Oyuna yox, gecə klubuna getdi
    • Bu gün, 19:55
    • 400

Oyuna yox, gecə klubuna getdi

Fransa millisinin heyətindən kənarda qalan Kilian Mbappe komandanın İsraillə (4:1) oyun günündə Stokholma yollanıb.

News24.az Oxu.Az-a istinadla xəbər verir ki, "Real Madrid"in oyunçusunun gecə klubuna getməsi gündəm olub.

Mbappe yaxın qohumları ilə Stokholmdakı restoranlardan birində şam yeməyindən sonra əyləncə məkanına yollanıb. Xəbərlərdə futbolçunun səfərinin Madrid klubunda təsdiq olunduğu bildirilib. Kilianın bir neçə gündən sonra məşqləri bərpa edəcəyi deyilib.

Qeyd edək ki, zədəli olduğunu əsas gətirərək milliyə yollanmayan K.Mbappenin İspaniya çempionatının son turunda meydana çıxması söz-söhbətlərə yol açıb.