Mbappe Avropa Çempionatının oyunlarını buraxacaq
    • 18-06-2024, 13:33
    • 429

Mbappe Avropa Çempionatının oyunlarını buraxacaq

Fransa yığmasının hücumçusu Kilian Mbappe Avropa çempionatının qrup mərhələsində Avstriya ilə görüşdə (1:0) burnunu sındırıb.

News24.az xarici KİV-ə istinadlə xəbər verir ki, 25 yaşlı forvard həkim müayinəsindən keçib.

Tibbi yoxlamadan sonra məlum olub ki, Kilianın əməliyyata ehtiyacı olmayacaq, o, maskada oynayacaq.

Həmçinin hücumçunun Avropa çempionatının qrup mərhələsinin qalan oyunlarını buraxacağı və meydana yalnız pley-off mərhələsində çıxa biləcəyi bildirilib.

Qeyd edək ki, Avstriya ilə oyunda fransalı Kilian Mbappe Danso ilə toqquşduqdan sonra oyunu davam etdirə bilməyib və Jiru ilə əvəzlənib. Ulduz futbolçunun burnu qırılıb.