-
- 6-06-2024, 08:48
- 468
Vurduğu qolu dayısına həsr etdi
Lüksemburq yığması ilə yoldaşlıq görüşündə Fransa yığmasının hücumçusu Kilian Mbappe 83-cü dəqiqədə qol vurub. "Real"ın hücumçusu qolunu mərhum dayısı Aleksə həsr edib.
News24.az qafqazinfo.az-a istinadən xəbər verir ki, Mbappe həmin anın fotolarını instaqram hesabında paylaşıb.
Qeyd edək ki, Fransa - Lüksemburq oyunu fransızların 3:0 hesablı darmadağınlı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, iyunun 3-ü "Real Madrid" Kilian Mbappe ilə müqavilə imzaladığını elan edib. Futbolçunun "Real"la müqaviləsi 2029-cu ilə qədərdir. Mbappe əvvəllər PSJ-də çıxış edib. Ötən mövsüm fransalı hücumçu komandanın heyətində 48 oyun keçirib, 44 qol vurub və 10 məhsuldar ötürmə verib.