Mbappe oynamaqdan imtina etdi - Ara qarışdı
    • Dünən, 22:22
    • 255

Mbappe oynamaqdan imtina etdi - Ara qarışdı

"Real Madrid"in futbolçusu Kilian Mbappe Fransanın İsrail və Belçika ilə oynayacağı Millətlər Liqası matçlarında iştirak etməkdən imtina edib.

News24.az Metbuat.az-a istinadla xəbər verir ki, zədəsi olmadığı halda millidə oynamaq istəməyən Mbappe, Fransada tənqid hədəfinə çevrilib. Bildirilir ki, Mbappe “Real Madrid”də istədiyi futbolu oynaya bilmədiyi üçün millinin Millətlər Liqasında keçirdiyi 2 matçın düşərgəsinə qatılmamaq qərarına gəlib. Futbolçunun məqsədi klub karyerasına fokuslanmaqdır.

Qeyd edək ki, “Vilyareal” matçına ilk 11-də başlayan Mbappe, Fransa millisinin düşərgəsində iştirak etməyəcəyini açıqlayıb.