Azercell yeni brend kimliyini təqdim etdi- FOTO
    • 21-06-2019, 22:19
    • 1 489

Azercell yeni brend kimliyini təqdim etdi- FOTO

Azərbaycanın telekommunikasiya sektorunun lideri və mobil rabitə istifadəçilərinin əsas seçimi olan Azercell fəaliyyətinin yeni rəqəmsal dövrünə başlayır. 

News24.az-ın xəbərinə görə, bu gün Heydər Əliyev Mərkəzində keçirilən böyük tədbirdə Azercell bütün dünyaya dinamik telekom bazarının tələblərinə uyğun olan yeni brend kimliyini təqdim edib. Tədbiri Azercell Telekomun prezidenti Vahid Mürsəliyev açaraq şirkətin uğurlarından danışıb. Bildirib ki, 1996-cı ildən fəaliyyətə başlayan Azercell Telekom ölkənin lider mobil şirkəti olmağı bacarıb. Azercell bu mühüm günün sevincini bütün ölkə ilə paylaşıb. Heydər Əliyev Mərkəzinin Parkında möhtəşəm “Rəqəmsal şou” baş tutub.

Dünyaca məşhur mügənni və bəstəkar, “Jara” beynəlxalq musiqi festivalının təşkilatçısı Emin Ağalarovun iştirakı ilə keçirilən və rəqəmsal dünyanın yeniliklərini Azərbaycana gətirən ilin ən valehedici şousuna giriş sərbəst olub. Azərbaycanın telekommunikasiya sahəsi üçün olduqca əlamətdar bu gündə məşhur şoumen Murad Dadaşovun aparıcılığı ilə baş tutan tədbirdə Emin ilə səhnəni Zülfiyyə Xanbabayeva, Nigar Camal, Çingiz Mustavayev, Elnarə Xəlilova, Elşad Xose, DJ Tim və “Nero Dance” rəqs qrupu bölüşüblər. Qeyd edək ki, Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir.

Azərbaycanın mobil rabitə sektorunda 49% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 99.1% (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi(*1111), həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.